Region
Türkiyədən İraqa uzanan neft kəməri - Ankara Bağdadla anlaşdı
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İraqın neft naziri Basim Məhəmməd Hudayr ilə görüşüb.
Publika.az Türkiyənin enerji nazirinin sosial media paylaşımına istinadla xəbər verir ki, görüşdən sonra İraq-Türkiyə neft kəmərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə yeni birillik müqavilə imzalanıb.
Sənədi Türkiyənin BOTAŞ və İraqın SOMO və NOC şirkətlərinin nümayəndələri imzalayıblar.
Bayraktar bildirib ki, təxminən yarım əsrdir iki ölkə arasında strateji enerji dəhlizini təşkil edən İraq-Türkiyə neft kəməri ilə bağlı yeni uzunmüddətli müqavilə üzərində iş davam edir. O əlavə edib: “Dialoq prosesinin bir hissəsi olaraq, gündə 750.000 barel neft nəql etməyi hədəfləyən “keçid razılaşması” əldə edilib. İraq-Türkiyə boru kəməri İraq neftinin Türkiyənin Ceyhan limanı vasitəsilə dünya bazarlarına təhlükəsiz və fasiləsiz çatdırılmasının təmin edilməsində mühüm rol oynayır”.
Nazir qeyd edib ki, dünya neft bazarlarında hazırkı tendensiyalar İraq-Türkiyə boru kəmərinin regional və qlobal enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətini artırıb.
“Bazar ertəsindən etibarən ikitərəfli münasibətlərimizdə yeni bir fəsil açırıq. Ticarət həcmini ildə 17 milyard dollardan daha yüksək səviyyəyə qaldırmaq əzmindəyik”, - deyə Türkiyənin enerji naziri əmin edib.
Qeyd etmək lazımdır ki, Türkiyənin "Türkiye Petrolleri" şirkəti bu yaxınlarda Britaniyanın bp şirkətinin İraqın Kərkük şəhərindəki bir neçə neft yatağının işlənməsində 15 faizlik payını əldə etmək üçün müqavilə imzalayıb.
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi





























.jpg)



