Region
Ermənistan parlamentinin ilk iclası dava ilə başladı - Həsənov deputatları hədələdi
Ermənistanın 9-cu çağırış parlamentinin ilk iclası tarixdə ilk dəfə olaraq bütün ermənilərin katolikosunun dəvət olunmaması səbəbindən qalmaqalla başlayıb.
Publika.az xəbər verir ki, iclas parlamentin "YouTube" kanalında canlı yayımlanır.
Ermənistan qanunvericiliyinə görə, ölkə Prezidenti və bütün ermənilərin katolikosu birinci iclasın açılışında salamlama nitqi söyləmək hüququna malikdirlər. Sonuncunun iştirak etməməsi müxalifət qüvvələri arasında narazılığa səbəb oldu.
Müxalifəti təmsil edən parlament üzvləri yerlərindən qalxaraq qışqırmağa başlayıblar. Onlar "Katolikos haradadır?" deyə sual edəndə n sonra salonda söz davası işə düşüb.
İclasa sədrlik edən parlamentin ən yaşlı üzvü olan Knyaz Həsənov səs-küy salanlara xəbərdarlıq edib. O deyib ki, deputatlar iclasın gedişinə belə müdaxilə edəcəkləri təqdirdə onlara xəbərdarlıq olunacaq. Həsənov həmin şəxslərin ikinci dəfə qayda pozacaqları təqdirdə onlara qarşı daha sərt tədbirlər görəcəyi ilə hədələyib. Daha sonra müxalifət üzvləri sakitləşib.
Müəllif: Tural
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ





















.jpg)















