Region
10 il gizlənən Ərdoğan sui-qəsdçisi necə tapıldı? - Kritik detal üzə çıxdı
15 iyul çevriliş cəhdindən sonra gizlənən Burkay Qaratəpənin necə müəyyən edilərək ələ keçirildiyinin detalları məlum olub.
Publika.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd qrupunda yer alan Qaratəpə gizlənmək və tanınmamaq üçün xarici görünüşünü dəfələrlə dəyişməyə çalışıb.
O, saç və saqqalını müxtəlif formalarda kəsdirib, şapka və beretdən istifadə edərək özünü kamuflyaj edib. Lakin bütün bu cəhdlər nəticə verməyib. Qaratəpə MİT-in üz tanıma sistemi vasitəsilə müəyyən edilib.
Yayılan görüntülərdə də onun müxtəlif saç və saqqal formalarından, eləcə də baş geyimlərindən istifadə edərək görünüşünü dəyişdirməyə çalışdığı əks olunub.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, təhlükəsizlik qüvvələrinin səbirli və titiz işi nəticəsində Qaratəpənin kimliyi müəyyənləşdirilib və o, ədalətə təslim edilib.
“Xəyanəti nə millətimiz, nə də dövlətimiz unudar”, – nazir vurğulayıb.
Məlumata görə, Qaratəpə saxlanılarkən onun 0,34 promil sərxoş olduğu müəyyən edilib. Gizləndiyi yerdə isə narkotik vasitə aşkarlanıb. (Musavat.com)
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ





















.jpg)















