Region
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ hakimiyyəti TRIPP+ fondunun həcmini ikiqat artırıb - 201 milyon dollardan 402 milyon dollara qədər.
Publika.az xəbər verir ki, bu barədə məlumat “HigherGov” platformasındakı qrant yeniləmələrinə istinadən yayılıb.
Fond bu ilin əvvəlində, 26 yanvarda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında Vaşinqton görüşündən iki həftə sonra yaradılıb. Bu görüşdən sonra diplomatlar tərəflərin Ermənistanın cənubundan keçən TRIPP marşrutu üçün infrastrukturun inkişafını və həyata keçirilməsini təmin etmək üçün şirkət - TRIPP İnkişaf Şirkəti yaradıldığını elan ediblər.
Səhmlərinin 26%-i Ermənistan Respublikasına, 74%-i isə ABŞ-a, daha dəqiq desək, Amerikanın Delaver ştatında yaradılacaq “TRIPP Development Company US” şirkətinə məxsus olacaq.
Yanvarın 26-da Delaverdə “TRIPP+ Enterprise Fund” yaradılıb. Onun direktoru ABŞ-dakı hazırkı Respublikaçı administrasiyasının və xüsusən də Trampın tərəfdarı olan iş adamı Konstantin Sokolovdur. Xatırladaq ki, Sokolov rəsmi olaraq Ermənistanın ən böyük mobil operatoru olan “Viva Armenia” QSC-nin 20%-lik payının sahibi hesab olunur.
“highergov.com” saytının məlumatına görə, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosu 30 yanvarda TRIPP+ fonduna 201 milyon dollarlıq qrant ayırıb. Məbləğ təxminən 11 il ərzində, 31 dekabr 2036-cı ilə qədər xərclənməlidir.
Eyni mənbəyə görə, 16 iyulda dəyişiklik edilib və ABŞ hökuməti TRIPP+ sahibkarlıq fonduna 402 milyon dollar qrant ayırmağı öhdəsinə götürüb. İcra müddəti eyni olaraq qalır - 2036-cı ilin sonuna qədər. Saytdan əldə edilən məlumatlar göstərir ki, bütün məbləğ artıq TRIPP+ fonduna ayrılıb.
Eyni mənbəyə görə, bu vəsaitlərin işlənməsi üçün əsas yer Ermənistan olacaq.
Müəllif: Tural
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ





















.jpg)















