Region
Gürcüstanda nifrət toxumunu ABŞ səfirliyi yayıb - Kobaxidzedən ittiham
Əvvəlki Amerika administrasiyası dövründə ABŞ səfirliyi ölkədə "süni nifrətin" və yalanların yayılmasının əsas mənbələrindən biri olub.
Publika.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
O, ABŞ diplomatik missiyasının bəyanatına münasibət bildirərək onu anlaşılmaz adlandırıb.
“Əvvəlki administrasiya dövründə ABŞ səfirliyi Gürcüstanda nifrət toxumu səpməyə və yalanlar yaymağa çalışan əsas aktorlardan biri idi. Buna görə də səfirliyin bəyanatı mənim üçün anlaşılmazdır, baxmayaraq ki, bu, onların işidir”, - deyə Kobaxidze jurnalistlərə deyib.
Hökumət başçısının sözlərinə görə, məhz Vaşinqtonda administrasiyanın dəyişməsi Gürcüstan-Amerika münasibətlərində yeni gözləntiyə əsas verib. O, hazırkı Gürcüstan hakimiyyətinin ABŞ ilə strateji tərəfdaşlığın tam bərpasında maraqlı olduğunu və Amerika tərəfindən müvafiq addımlar gözlədiyini vurğulayıb.
Bu şərhə səbəb ABŞ səfirliyinin bəyanatı olub. Gürcüstan mediasının məlumatına görə, səfirlik diplomatik missiyaya qarşı ittihamları rədd edib və iki ölkə arasında tərəfdaşlığın inkişaf etdirilməsinə sadiqliyini vurğulayıb.
Müəllif: Tural
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi















.jpg)








.jpg)














