Region
Rusiyadan Ermənistana növbəti zərbə: 70 mindən çox məhsul satışdan çıxarıldı
Rusiya Ermənistandan idxal edilən 70 mindən çox içməli su və qazlı içki məhsulunun satışını dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Rusiyanın "Çestnıy znak" dövlət markalama sisteminin operatoru olan Perspektiv Texnologiyaların İnkişafı Mərkəzi "Rospotrebnadzor"un göstərişi əsasında məhsulların dövriyyəsini dayandırıb. Səbəb kimi istehsalçıların məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı məcburi tələblərə əməl etməməsi göstərilib.
Məhdudiyyətlər bir neçə erməni brendinə şamil olunub. Onların arasında "RRR" mineral sular zavodunun istehsal etdiyi BJNI mineral müalicəvi-süfrə suyu, "VATERLOK" şirkətinin istehsal etdiyi "Prosto Azbuka" təbii içməli suyu (uşaq qidası üçün nəzərdə tutulan məhsullar da daxil olmaqla), həmçinin "Arsen ev Nerses" MMC-yə məxsus "DARBAS" markalı alkoqolsuz "Moxito" içkisi də var.
Mərkəz bildirib ki, yoxlamalar tam başa çatana qədər bu məhsul partiyalarının həm pərakəndə satışına, həm də onlayn ticarətinə qadağa qoyulub. Qurumun baş direktorunun müavini Revaz Yusupov qeyd edib ki, markalama sistemi ölkədəki bütün kassalarla inteqrasiya olunduğundan istehlakçıların qorunması mexanizmi dərhal işə düşür.
Xatırladaq ki, Rusiya may ayının sonundan etibarən Ermənistandan gətirilən spirtli içkilər, meyvə-tərəvəz və güllərin idxalına da müxtəlif məhdudiyyətlər tətbiq edib. Rusiya rəsmiləri bu addımların yalnız məhsulların təhlükəsizliyi ilə bağlı olduğunu və müvəqqəti xarakter daşıdığını bildirirlər.
Adəm
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi















.jpg)








.jpg)














