Region
Rusiya ilə Ermənistan arasında ticarətdə kəskin eniş - Overçukdan xəbərdarlıq
Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin şəkildə azalır və bu tendensiyanın davam edəcəyi gözlənilir.
Publika.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Ermənistan arasındakı münasibətlərdə yaranan vəziyyət əvvəlcədən proqnozlaşdırılırdı.
"Son 3-4 il ərzində erməni həmkarlarımıza dəfələrlə xəbərdarlıq etmişdik ki, belə risklər, xüsusilə də ticarət dövriyyəsinin azalması təhlükəsi mövcuddur", - deyə Overçuk bildirib.
O qeyd edib ki, 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə - təxminən 12 milyard ABŞ dollarına (təxminən 20,4 milyard manat) çatmışdı. Lakin 2025-ci ildə bu göstərici 8 milyard dollara (təxminən 13,6 milyard manat) qədər geriləyib.
Baş nazirin müavininin sözlərinə görə, 2026-cı ildə vəziyyət daha da pisləşib.
"Bu il ticarət dövriyyəsi ötən illə müqayisədə təxminən üçdə iki azalıb. Görünən odur ki, bu azalma davam edəcək", - deyə o vurğulayıb.
Bundan əvvəl Ermənistanın Statistika Komitəsi də açıqlamışdı ki, 2026-cı ilin ilk beş ayında ölkənin Rusiya ilə ticarət dövriyyəsi 567 milyon ABŞ dolları (təxminən 963,9 milyon manat) azalaraq 2 milyard 763 milyon dollardan (təxminən 4,7 milyard manat) 2 milyard 196 milyon dollara (təxminən 3,7 milyard manata) düşüb.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi















.jpg)








.jpg)














