Region
Türkiyə Aİ-nin qeyri-mümkün tələbini AÇIQLADI
Avropada yaranmış qaz qıtlığı fonunda Avropa İttifaqı Türkiyəyə müraciət edərək onun nəql etdiyi qazın Rusiya mənşəli olmadığını təmin etməyi xahiş edib, baxmayaraq ki, qazın mənbəyini müəyyən etmək demək olar ki, qeyri-mümkündür.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "AHaber" telekanalına açıqlamasında bildirib.
"Avropalılar bizə gəlib Rusiya qazından başqa istənilən qazı təchiz etməyi xahiş edirlər. Lakin əsas məsələ odur ki, boru kəmərinə daxil olan istənilən qazın mənbəyi naməlumdur", – deyə nazir qeyd edib.
O vurğulayıb ki, Avropa ölkələri Rusiyadan qaz alışını dayandırmaq qərarından sonra ciddi iqtisadi və infrastruktur çətinlikləri ilə üzləşiblər. Bayraktarın sözlərinə görə, Avropa siyasətçiləri geosiyasi mülahizələrdən çıxış edərək öz dövlətləri üçün çətin şərtləri özləri yaradıblar.
İyul ayında Avropa İttifaqı Türkiyədən yeni müqavilələr əsasında blok ölkələrinə təchiz ediləcək qazın Rusiya mənşəli olmamasını tələb edib. Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe qeyd edib ki, Brüssel Türkiyə ilə gələcək bütün sazişlərdən Rusiya qazının çıxarılmasında təkid edəcək.
Yanvar ayında Aİ Şurası Rusiya qazının Avropa İttifaqına tədarükünə dair 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək tam qadağanı rəsmi olaraq təsdiqləyib.
Hüseyn İbadlı
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











