Region
Paşinyan Mişustinlə gizli söhbət etdi: Kameralar hər anı qeydə aldı - VİDEO
Qırğızıstanın Çolpon-Ata şəhərində, İssık-Kul gölünün sahilində keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının geniş tərkibli iclası öncəsi diqqətçəkən anlar yaşanıb.
Publika.az xəbər verir ki, iclasdan əvvəl üzv ölkələrin hökumət başçıları ənənəvi birgə foto çəkdiriblər. Foto çəkilişi meydançasına gedərkən Rusiyanın baş naziri Mixail Mişustin və Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət yanaşı addımlayaraq qısa söhbət ediblər.
Daha sonra nümayəndə heyətlərinin rəhbərləri birgə foto üçün yerlərini tutublar. Mərasimdə Ermənistanın baş naziri Nikol Paşinyan, Belarusun baş naziri Aleksandr Turçin, Qazaxıstanın baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımalıyev, Rusiyanın baş naziri Mixail Mişustin, Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Baxıtjan Saqintayev, eləcə də müşahidəçi dövlətlərdən Özbəkistanın baş naziri Abdulla Aripov və İranın sənaye, mədənlər və ticarət naziri Seyid Məhəmməd Atabək iştirak ediblər.
"Sputnik Ermənistan"ın yaydığı kadrlara görə, Mişustin və Paşinyan konqres mərkəzinə digər nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə elektromobillə gəliblər. Onlar eyni nəqliyyat vasitəsində yanaşı əyləşərək söhbət ediblər. Baş nazirlərin hansı mövzunu müzakirə etdikləri açıqlanmayıb.
Birgə foto mərasimindən sonra nümayəndə heyətləri Aİİ-nin geniş tərkibli iclasına yollanıblar. Gündəliyə Avrasiya iqtisadi inteqrasiyasının inkişafı, ittifaqın daxili bazarındakı maneələrin aradan qaldırılması, rəqəmsal layihələr, ticarət və digər məsələlər daxil edilib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev Ermənistan rəhbərliyinin Ukrayna ilə yaxınlaşmasının Moskvada narahatlıq doğurduğunu bildirmiş, İrəvanın "diversifikasiya" adı altında tərəfdaşlarını yanıltdığını iddia etmişdi. Bu baxımdan Mişustinlə Paşinyanın görüşü xüsusi diqqət çəkib.
Müəllif: Adəm Abbaslı
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ
-
ABŞ15 Sentyabr 22:24Trampın müşaviri Mertsə sərt cavab verdi
















.png)















.jpg)

