Region
Paşinyandan rusiyalı jurnalistlərin istehzalı sualına cavab: Yaxşı ideyadır
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin rəhbərliyi ilə Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) alternativ yeni birliyin yaradılması ideyasına müsbət yanaşıb.
Publika.az xəbər verir ki, Paşinyan bu barədə Qırğızıstanda rusiyalı jurnalistlərlə söhbəti zamanı bildirib.
Jurnalistlərdən biri Ermənistanın rəhbərliyi altında şərti olaraq "Erməni İttifaqı" adlandırılacaq yeni birliyin yaradılmasının mümkünlüyü barədə sual ünvanlayıb.
Paşinyan isə rusiyalı jurnalistlərin istehzalı sualına "Bu, yaxşı ideyadır. Bu barədə düşünəcəyik", - deyə cavab verib.
Qeyd edək ki, Paşinyan daha əvvəl də bildirmişdi ki, Ermənistan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Aİ-yə inteqrasiya məsələsinin referendum yolu ilə həll olunması təklifinə hörmətlə yanaşır. Bununla yanaşı, o vurğulayıb ki, Aİİ-dəki bəzi tərəfdaşların addımları İrəvanın Brüsselə yaxınlaşması prosesini sürətləndirib.
Müəllif: Adəm
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











