Region
Ermənistana 16 milyon keçirmək istədi, saxlanıldı
Rusiyanın "Mineralnıye Vodı" hava limanında gömrük əməkdaşları Ermənistana qanunsuz olaraq 16 milyon rubl keçirməyə cəhd edən 29 yaşlı Rusiya vətəndaşını saxlayıblar.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.
Bildirilib ki, şəxs “yaşıl dəhliz”dən keçərkən seçmə yoxlama zamanı saxlanılıb. Onun əl yükündə ümumi məbləği təxminən 16 milyon rubl olan beş polietilen paketdə əskinaslar aşkarlanıb. Bu məbləğ təxminən 220 min ABŞ dollarına ekvivalentdir.
Saxlanılan şəxs pulların Ermənistanda avtomobil almaq üçün nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, avtomobilləri internet vasitəsilə seçir, daha sonra isə qardaşı ilə birlikdə Rusiyaya gətirməyi planlaşdırıb.
O, Rusiya ilə Avrasiya İqtisadi İttifaqına üzv ölkələr arasında nağd pulun çıxarılmasına tətbiq olunan məhdudiyyətlərdən xəbərsiz olduğunu deyib.
Faktla bağlı inzibati xəta haqqında iş açılıb. Aşkarlanan pul vəsaiti götürülərək maddi sübutların saxlanıldığı kameraya yerləşdirilib. Araşdırma davam etdirilir.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











