Region
Birgə Müdafiə Sazişi qardaş ölkələrin iştirakına açıqdır - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Pakistanla imzalanmış üçtərəfli müdafiə sazişinin regionda sabitliyin təmin olunmasına yönəlmiş səylərə töhfə verəcəyini bildirib.
Publika.az xəbər verir ki, Ərdoğan bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Bu səfər çərçivəsində əziz qardaşlarım, Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşdük. Bu münasibətlə üç ölkə olaraq Birgə Müdafiə Sazişini imzaladıq. Kollektiv çəkindirmə prinsipinə əsaslanan bu saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığımızın inkişafına, müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsinə və terrorizmlə mübarizəyə töhfə verəcək. BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququnu da təsdiqləyən bu saziş heç bir ölkəyə qarşı yönəlməyib və regionumuzun sülhünü, rifahını və sabitliyini hədəfləyən bütün qardaş ölkələrin iştirakına açıqdır. Türkiyə regional məsuliyyət baxışına uyğun olaraq münaqişə və böhranların beynəlxalq hüquqa hörmət əsasında, dialoq və diplomatiya yolu ilə həllinə yönəlmiş prinsipial mövqeyini qətiyyətlə davam etdirəcək. Səfərimizin, apardığımız məsləhətləşmələrin və imzaladığımız sazişin bütün regionumuz üçün xeyirli olmasını Uca Allahdan diləyirəm", - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman, eləcə də Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Məkkə Birgə Müdafiə Sazişini imzalayıblar. Sazişə görə, onu imzalayan üç dövlətdən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum bütün tərəflərə qarşı edilmiş hücum kimi qəbul olunacaq.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











