Region
Hakopyan Bəxtiyardan razıdır: Ölkəmizdə qalsınlar, sayımız artsın!
Ermənistanda xarici işçi qüvvəsi ilbəil artmaqdadır.
Publika.az xəbər verir ki, bu barədə "Mamul" nəşri məlumat yayıb. Erməni jurnalist və analitik Tatul Hakobyan yazıb ki, bu gün Ermənistanın işçi qüvvəsinə ehtiyacı var. Amma hazırda şəhər və qəsəbələrdə, hətta kəndlərdə farslar, ərəblər və hindistanlılar işləyirlər.
"Əvvəllər kəndimizin tikintisi az qala sonsuzadək davam edən məktəbində farslar işləyirdi. Sonra onları misirlilər əvəz etdi. İndi isə həmin tikintidə yenidən farsları görürəm. İki gün əvvəl mağazalardan birində onlardan birini gördüm. Sorğu-sual etdim və o, Əhvaz şəhərindən olduğunu dedi. Adı isə Bəxtiyar idi. Kənddə bir iş görəcəksinizsə, orada yerli işçi qüvvəsi, insan tapmaq çox çətindir", - Hakopyan gileylənib.
Maraqlıdır ki, analitik əcnəbi işçilərin miqrant kimi geri qayıtmalarını deyil, Ermənistanda qalmalarını təklif edib:
"Əgər bu gün Ermənistanın 1 milyon insanı qəbul edə biləcəyini desəm, qeyri-peşəkar fikir bildirdiyim üçün tənqid olanacağam. Qəbul edəcəyimiz kütləni deyəndə diaspor üzvlərini və s. erməniləri nəzərdə tuturam. Ona görə tənqid olunaram ki, bu rəqəmin arxasında heç bir hesablama olmadığını deyəcəklər. Yaxşı, milyonu bir kənara qoyaq. Amma bu gün Ermənistanın 100.000-dən çox işçiyə ehtiyacı var axı... Bu boşluğu farslar, ərəblər və hindistanlılar doldurur. Qoy işləsinlər. Onlar ölkəmizdə çalışırlar. Axı bu insanlar bizim ölkəmiz üçün işləyirlər. Mən əslində onların qalmasını istərdim. Ermənistanda yaşayıb Ermənistan Respublikasının vətəndaşı olsunlar...".
Tatul miqrantların hesabına əhali artımına gedilməsini normal hal sayıb: "Əgər bu gün Ermənistanın 100.000-dən çox işçiyə ehtiyacı varsa, mövcud 3 milyonla yanaşı, əlavə 500.000 nəfərə qədər əhali qazana bilərik. Kənd təsərrüfatı torpaqlarımızın tam yarısı becərilməyib. Xüsusən də kiçik şəhər və kəndlərimizin işçi qüvvəsinə və əhali artımına ehtiyacı var. Çünki son 15-20 ildə kəndlərdən İrəvana böyük köç olub və sayı az olan ixtisaslı mütəxəssislər də oranı tərk ediblər. Bu gün onların yerləri sadəcə boş görünür... Hesab edirəm ki, dövlət mərkəzəqaçma prosesi ilə ciddi şəkildə məşğul olmalı və İrəvanın daha da tikintilərlə genişlənməsinin qarşısını almalıdır.
Çox istərdim ki, daxili siyasi müzakirələrimiz də məhz bu məsələlərə yönəlsin. Lakin bu cür müzakirələr müvafiq biliklər, gələcəyə xüsusi baxış və daha çox şey tələb edir".
Müəllif: Tural Tağıyev
-
Hadisə19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO

















.jpg)













.png)




