Region
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı(VİDEO)
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları parlamentin keçmiş üzvü, Artaşat şəhərinin meri işləmiş Arqam Abrahamyanı saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Ona qarşı sifarişli qətl ittihamı ilə iş açılıb. Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, işin təfərrüatları İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə aydınlaşdırılır.
Müstəntiqlərin sözlərinə görə, 30 aprel 2023-cü ildə Arqamın mühafizəçisi Myasnikyan prospektindəki yaşayış binasının girişinin yaxınlığında S.V.-ni odlu silahla vuraraq öldürüb. Daha sonra ona qarşı cinayət işi açılıb və 2024-cü ildə iş ittiham aktı ilə məhkəməyə göndərilib. İndi isə Abramyana qarşı həmin hadisə üzrə sifarişli qətl törətməyə təhrik etmə maddəsi ilə iş açılıb.Müstəntiqlər onun həbsi üçün məhkəməyə müraciət edəcəklər.
Qeyd edək ki, Arqam Ermənistanın keçmiş parlament sədri və baş naziri olmuş Ovik Abrahamyanın oğludur. Arqam həmçinin məşhur biznesmen və siyasətçi Qaqik Çarukyanın kürəkənidir. Çarukyan isə bir müddət öncə qalmaqallı şəkildə villasında saxlanılmışdı.
Müəllif: Tural
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











