Region
Paşinyan: "Bu gün Azərbaycan Prezidentinə zəng etdim"
“Bu layihənin reallaşmasına 2025-ci il avqustun 8-də ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda keçirilmiş Ermənistan-Azərbaycan Sülh Sammiti də imkan yaradıb”.
Publika.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Hrazdanda süni intellekt zavodunun açılışında çıxış edərkən deyib.
“Hamımızı bu hadisə və 8 avqust münasibətilə təbrik edirəm”, - o bildirib.
Paşinyan əlavə edib ki, 2025-ci il avqustun 8-də ABŞ-də Prezident Donald Trampın təşəbbüsü və iştirakı ilə keçirilən Ermənistan-Azərbaycan Sülh Sammiti və onun nəticələri bugünkü hadisənin baş verməsində həlledici əhəmiyyət daşıyır.
Baş nazir bir daha 8 avqustun Ermənistan və Azərbaycan üçün dönüş nöqtəsi olduğunu vurğulayıb.
Paşinyan söyləyib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışaraq, baş verən hadisənin əhəmiyyətini müzakirə ediblər:
“Yeri gəlmişkən, bu gün Azərbaycan Prezidentinə zəng etdim və bugünkü tədbirin əhəmiyyəti barədə danışdıq. Bu, həqiqətən də dönüş nöqtəsidir”.
Nikol Paşinyan əlavə edib ki, yaxın gələcəkdə Ermənistan hökuməti daha bir böyük layihəyə - “Tramp marşrutu”na fokuslanacaq: “Bu layihə Ermənistanın beynəlxalq investisiya xəritəsindəki mövqeyini daha da gücləndirəcək”.(Teleqraf)
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq





































