Region
İran ABŞ-dan təzminat tələb edir
Hörmüz boğazının açılması ABŞ tərəfindən İslamabad memorandumunun pozulmasına görə kompensasiya ödənilməsindən asılıdır.
Publika.az "Tasnim"ə istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Diplomatın sözlərinə görə, Omanla Hörmüz boğazının hüquqi mexanizmi və idarə olunması, xüsusilə də gəmiçilik marşrutlarının müəyyənləşdirilməsi məsələsi ilə bağlı danışıqlar aparılır.
"Biz sazişin əldə olunmasına çox yaxınıq, lakin boğazın açılması həm də digər şərtlərdən, o cümlədən ABŞ-ın İslamabad memorandumunun müddəalarını pozmasına görə kompensasiya ödənilməsindən asılıdır", – deyə Əraqçi əlavə edib.
Qeyd edək ki, İran və Oman Hörmüz boğazı vasitəsilə gəmiçiliyi bərpa etməli olan saziş üzrə danışıqlar aparırlar.
Bölgədəki iki mənbənin məlumatına görə, bu, iki ölkə arasında 60 günlük müvəqqəti sazişi nəzərdə tutur; həmin sazişə əsasən, boğazdan və Fars körfəzinə yönələn bütün gəmi axını İran sularından keçən şimal marşrutu ilə həyata keçiriləcək. Hörmüzdən keçən və Ərəb dənizinə yönələn bütün çıxış trafiki isə İranla koordinasiya olunmaqla Oman sularından keçən cənub marşrutu ilə hərəkət edəcək.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq





































