Region
"Həmin anlaşma Qafqaz ölkələri ilə də imzalana bilər"
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişi tipli sənəd Qafqaz ölkələri ilə də imzalana bilər.
Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" Agentliyinin "Editör Masası" proqramında deyib.
"Türkiyənin Yaxın Şərq, Qafqaz, Aralıq dənizi hövzəsi və Avropa üçün də bənzər strateji mövqeyi var", - H. Fidan bildirib.
Onun fikrincə, Türkiyə bu tip əməkdaşlıqlar qurmaqla, dünyanın bütün hissələrinə diplomatik təsir gücünə malik yeganə NATO üzvünə çevrilir.
"Məsələn, Azərbaycanla Ermənistan yekun sülh sazişinə doğru irəliləyir və Ankara prosesi dəstəkləyir. Bu zaman təhlükəsizlik və iqtisadi perspektivlər yaranır. Zamanla Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər", - H. Fidan bildirib.
Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişini imzalayıb. Sənədə əsasən, üç ölkədən hər hansı birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına hərbi müdaxilə kimi qiymətləndiriləcək.
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq





































