Region
Dəhşətli hərbi toqquşmalardan qalan yadigar - Türkiyə çimərliyində nə tapılıb?
Türkiyənin Çanaqqala vilayətinin Kəpəz qəsəbəsinin bələdiyyə çimərliyində partlamamış artilleriya mərmisi aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
İlkin versiyaya əsasən, sursat Birinci Dünya müharibəsi dövründəki Dardanel əməliyyatına aiddir.
Obyekti dincələnlər görüb və dərhal polisə zəng ediblər. Təhlükəsizliyin təmin edilməsi məqsədilə hüquq-mühafizə orqanları sahil zonasını mühasirəyə alaraq ərazini nəzarətə götürüblər.
Çanaqqala polis idarəsinin minalardan təmizləmə üzrə mütəxəssisləri tapıntını götürərək ekspertiza aparılması üçün Kəpəz polis bölməsinə nəql ediblər.
"Çimərlikdə tapılan artilleriya mərmisi ehtimal ki, Çanaqqala döyüşləri dövrünə aiddir", – deyə telekanal yerli hüquq-mühafizə orqanlarına istinadla bildirib.
Dardanel döyüşləri (1915–1916-cı illər) Osmanlı imperiyası ərazisində Birinci Dünya müharibəsinin ən miqyaslı hərbi toqquşmalarından biri olub, Çanaqqala rayonu isə hələ də həmin hadisələrin çoxsaylı izlərini daşıyır.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq





































