Region
ABŞ Türkiyə şirkəti vasitəsilə Ukraynaya silah ötürəcək
ABŞ Dövlət Departamenti Ukraynaya silah sistemlərinin, o cümlədən MLRS reaktiv yaylım atəşi sistemi qurğularının və ATACMS ballistik raketlərinin ötürülməsi barədə ABŞ Konqresini məlumatlandırıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin rəsmi sənədlərində qeyd olunur.
Sənədə əsasən, Ukraynaya tədarükə 12 ədəd "M270 MLRS" reaktiv yaylım atəşi sistemi qurğusu, təkmilləşdirilmiş ikili təyinatlı kaset döyüş sursatları (DPICM) ilə təchiz olunmuş 2524 ədəd M26 idarə olunmayan raketi və DPICM-li 203 mm-lik 47 min mərmi daxildir. Silahların ötürülməsinin özəl Türkiyə, ABŞ və Bolqarıstan şirkətləri vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Rusiya Ukraynaya silah tədarükünün əleyhinə çıxış edir və dəfələrlə bəyan edib ki, bu, nizamlanmaya mane olur və NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq





































