Region
Ermənistanda müəllimlərlə bağlı acınacaqlı statistika
Ermənistanda sosial-iqtisadi problemlər təhsil sahəsinə də ciddi təsir edib.
Publika.az xəbər verir ki, bu barədə "Mamul" nəşri məlumat yayıb. Ölkənin tanınmış araşdırmaçı jurnalistlərindən olan Voskan Sarkisyan yazıb ki, son üç ildə təkcə Tavuşda müəllimlərin sayı 248, müəllim köməkçilərinin sayı isə 57 nəfər azalıb.
"Üç il əvvəl, 2 fevral 2023-cü ildə Tavuş mərzinin (vilayət-red.) rəhbəri Hayk Qalumyana bu bölgədəki dövlət ümumi təhsil məktəblərində çalışan müəllim və müəllim köməkçilərinin sayı ilə bağlı sorğu göndərmişdim. Həmin vaxt Tavuş regional administrasiyası bölgənin ümumi təhsil məktəblərində 1830 müəllim və 218 müəllim köməkçisi işlədiyini açıqladı. 2025-2026-cı tədris ilində isə Tavuş bölgəsindəki ümumi təhsil məktəblərində 1582 müəllim və 161 müəllim köməkçisi işləyib. Son üç ildə bölgənin ümumi təhsil məktəblərində müəllimlərin sayı 248, müəllim köməkçilərinin sayı isə 57 nəfər azalıb",- deyə Sarkisyan acınacaqlı durumdan gileylənib.
Müəllif: Tural
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq





































