Region
Türkiyə şirkəti Ukraynanı Beynəlxalq Cinayət Məhkəməsinə verir
Qara dənizdə Ukraynaya məxsus PUA hücumuna məruz qalan Türkiyənin "MV Reyhan Sari" quru yük gəmisinin sahibi Ukraynaya qarşı Beynəlxalq Cinayət Məhkəməsində (BCM) iddia qaldırır.
Publika.az xəbər verir ki, bu barədə "HaberDenizde" xəbər portalı məlumat yayıb.
Əvvəlki məlumatlara görə, Rusiyanın Taman limanından Trabzona kömür daşıyan Türkiyənin "MV Reyhan Sari" quru yük gəmisi iyulun 22-də Qara dənizdə PUA hücumuna məruz qalıb. Hadisə nəticəsində gəmi heyətinin bir üzvü həlak olub, daha iki nəfər isə xəsarət alıb.
"HaberDenizde"nin məlumatına əsasən, iddia gəminin sahibi olan "T ve O Denizcilik" şirkəti və 15 heyət üzvü tərəfindən qaldırılacaq. Vəkillərə təqdim olunan müraciətdə qeyd edilir ki, ticarət gəmiləri beynəlxalq hüquqla mühafizə olunur və hərbi hədəf sayıla bilməz. Sənəddə həmçinin Ukraynanın Türkiyə gəmisinə qəsdən hücum etdiyi və bunun insanlıq əleyhinə cinayət təşkil etdiyi vurğulanır.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq










.jpg)





.jpg)


















