Region
İranın Milli Təhlükəsizlik Şurası ona tapşırıldı
İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi vəzifəsinə İslam Respublikasının ali rəhbərinin müşaviri və SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) keçmiş baş komandanı Möhsün Rezai təyin olunub.
Publika.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasındakı rəsmi şəxsə istinad ISNA agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ondan əvvəl bu vəzifəni Məhəmmədbağır Zolqədr tuturdu.
İranın ali rəhbəri Müctəba Xamenei "X" sosial şəbəkəsində yazıb ki, bundan sonra Zolqədr onun siyasi müşaviri olacaq. Paylaşımda ölkə rəhbəri rəsminin "dəyərli təcrübəsini" qeyd edib.
Buna qədər Xamenei İran Prezidenti Məsud Pezeşkian ilə son üç ayda ilk görüşünü keçirib. Onlar ölkənin problemləri ətrafında fikir mübadiləsi aparıb, əhalinin ehtiyaclarının təmin olunmasını, ABŞ ilə davam edən münaqişəni, onun perspektivlərini və xarici tərəfdaşlarla iqtisadi qarşılıqlı əlaqələri müzakirə ediblər. Görüş Məsud Pezeşkianın İslam Respublikasının Prezidenti vəzifəsində ikinci ilinin tamam olmasına həsr olunub.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq










.jpg)





.jpg)


















