Region
Keçmiş SEPAH komandanı bu vəzifəyə gətirildi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı, ölkənin ali lideri Ayətullah Əli Xameneinin müşaviri Möhsün Rzai Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Publika.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Mehdi Təbətəbai məlumat verib.
Onun sözlərinə görə, Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Bağır Zülqədrin istefasından sonra İran prezidenti Məsud Pezeşkianın sərəncamı ilə bu vəzifəyə Möhsün Rzai gətirilib.
Rzai bu postda martın 27-də, sələfi Əli Laricaninin ölümündən sonra təyin edilmiş Məhəmməd Bağır Zülqədrini əvəzləyib.
İranın ali liderinin ofisinin açıqlamasına görə, Zülqədr isə bundan sonra Əli Xameneinin oğlu Müctəba Xameneinin siyasi məsələlər üzrə müşaviri vəzifəsində çalışacaq.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq










.jpg)





.jpg)


















