Region
“Məkkə anlaşması” regionda oyunu dəyişir: İran hansı ölkəni hədəf göstərdi?
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Anlaşması regionda təhlükəsizlik balansının dəyişməsi ilə bağlı müzakirələri artırıb.
Publika.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı “Nournews” nəşri anlaşmanı təhlil edərək, “Riyad anlaşmasının arxasında kimlər oyundan kənarlaşdırılır?” başlıqlı yazı dərc edib.
Analitik materialda qeyd olunur ki, üç ölkə arasında keçirilən sammit Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın ABŞ-dan təhlükəsizlik asılılığını azaltmaq və regional təhlükəsizlik mexanizmlərini gücləndirmək cəhdlərinin göstəricisidir.
Nəşrin qənaətinə görə, bölgədə yeni təhlükəsizlik razılaşmalarının yaranması ABŞ-ın Yaxın Şərqdə təhlükəsizliyin formalaşmasındakı rolunun tədricən zəiflədiyini göstərir. Bildirilir ki, bu proses ABŞ-ın regional təhlükəsizliyi müəyyən edən əsas aktor olmadığı yeni düzənin formalaşmasına zəmin yarada bilər.
“Nournews” həmçinin üç ölkə arasındakı müdafiə anlaşmasının İsrailin regional planlarına təsir göstərə biləcəyini yazıb. Analizdə vurğulanır ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik əməkdaşlığının güclənməsi İsrailin Türkiyə və Pakistan da daxil olmaqla digər İslam ölkələrində sabitliyi pozmağa yönəlmiş hesablamalarını çətinləşdirə bilər.
İran nəşri hesab edir ki, üç ölkənin daha müstəqil regional təhlükəsizlik modelinə doğru irəliləməsi Qərbi Asiyada yeni təhlükəsizlik düzəninin formalaşmasına imkan yarada bilər.
Akqabay
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir
-
Region09:27Keçmiş SEPAH komandanı bu vəzifəyə gətirildi
-
ABŞ08:12Zukerberqin superyaxtası köməksiz qalan qayığa məhəl qoymadı
-
Ekologiya07:17Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
-
İdman06:46Həbib rəqiblərini belə sındırırmış: Qəfəsdə şeyx idim
-
Magazin206:16Çılpaq fotoları ilə şantaj edilən məşhur: “Amansız ittihamlar məni məhv etdi” - FOTO
-
İdman04:14Fransa millisinin oyunçusu PSJ-yə keçdi

















.jpg)




















