Region
Moskva Ermənistana görə həyəcan təbili çaldı: Aİİ dağılmaq təhlükəsi ilə üz-üzədir
Rusiya Ermənistanın Avropa İttifaqına yaxınlaşmasından narahatlığını açıq şəkildə ifadə edib.
Publika.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının nümayəndələri müxtəlif ölkələrə səfərlər edir, qrup görüşləri keçirir və reallaşması mümkün olmayan vədlər verirlər.
Pankin bildirib ki, hazırda əsas vəzifə Avrasiya İqtisadi İttifaqının (Aİİ) dağılmasının qarşısını almaqdır. O, ittifaqa üzv dövlətlərdən birinin rəhbərliyinin mövqeyinin xüsusilə narahatlıq doğurduğunu vurğulayıb.
Rusiya rəsmisi Ermənistanın 2025-ci ildə ölkənin Aİ-yə üzvlük prosesinə başlanmasını nəzərdə tutan qanun qəbul etməsindən sonra Brüsselə yaxınlaşma kursunu davam etdirdiyini qeyd edib.
Pankin Aİİ-nin yaxın vaxtlarda müşahidəçi statusunda yeni ölkələrlə genişlənə biləcəyini də istisna etməyib. Onun fikrincə, Qərbin yaratdığı logistika və digər çətinliklər fonunda ittifaqın genişlənməsi əlavə iqtisadi və bürokratik yük yarada bilər.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq










.jpg)





.jpg)


















