Region
İrəvan Rusiyada məhv edilən 39 min qızılgüllə bağlı niyə susur? - ŞOK DETALLAR
Ermənistandan Belarus vasitəsilə Rusiyaya daşınan və orada məhv edilən 39,2 min ədəd qızılgüllə bağlı Ermənistanın Qida Təhlükəsizliyi üzrə Təftiş Orqanında heç bir məlumat yoxdur.
Publika.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.
Bildirilib ki, Rusiya Kənd Təsərrüfatına Nəzarət Xidməti (“Rosselxoznadzor”) Belarusdan Rusiyaya saxta sənədlərlə erməni mənşəli güllərin gətirilməsi cəhdinin qarşısını alıb. Nəticədə 39,2 min gülün hamısı məhv edilib.
“Joqovurd” məsələ ilə bağlı Ermənistan İqtisadiyyat Nazirliyinə sorğu göndərib. Sorğu Qida Təhlükəsizliyi üzrə Təftiş Orqanına yönləndirilib. Qurum isə partiya, onun mənşə ölkəsi və istehsalçıları barədə məlumatının olmadığını bildirib. Həmçinin dəymiş zərərin kompensasiyası ilə məşğul olmadığını açıqlayıb.
Qurumun məlumatına görə, Rusiya mayın 22-dən məhdudiyyətlər tətbiq etdikdən sonra Ermənistandan Rusiyaya gül daşınması üçün fitosanitar sertifikatlar verilmir. Eyni zamanda, qurum ixracatçının logistika marşrutlarına nəzarət etmək səlahiyyətinin olmadığını bildirib.
Qeyd edək ki, may ayından etibarən “Rosselxoznadzor” Ermənistan məhsullarına qarşı məhdudiyyətləri mərhələli şəkildə genişləndirib. Məhdudiyyətlər gül, tərəvəz, giləmeyvə, meyvə, üzüm, kartof və quru meyvələrə, iyunun 12-dən isə konservləşdirilmiş məhsullar istisna olmaqla, demək olar ki, bütün bitki mənşəli məhsullara şamil edilib. Ermənistan müəssisələrinin balıq məhsullarına da məhdudiyyət qoyulub.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq










.jpg)





.jpg)


















