Region
İran Hörmüz boğazının açılması şərtlərini ABŞ-a təqdim etdi
İran hakimiyyəti Hörmüz boğazının açılması şərtlərini vasitəçilər vasitəsilə ABŞ-a təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim"ə İranın Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai məlumat verib.
"ABŞ İranın şərtlərini qəbul etməyənədək boğaz açılmayacaq. ABŞ müharibəni dayandırmalı, İranın və ümumilikdə regionun, o cümlədən Livan və Qəzzanın dondurulmuş vəsaitlərini ödəməlidir", — deyə Rezai bildirib.
O əlavə edib ki, İran ilə Oman arasında Hörmüz boğazına dair razılaşma onun açılması məsələsinə heç bir təsir göstərməyəcək.
Avqustun 11-də Hörmüz boğazının idarə olunması üzrə yeni qanun layihəsinin iki həftədən az müddətdə İranın birpalatalı parlamentinə təqdim ediləcəyi barədə məlumat verilib. İran qanunverici məclisinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əbülfəzl Zöhrəvəndin dəqiqləşdirdiyi kimi, sənəd artıq ekspert işlərinin aparıldığı müvafiq komitənin gündəliyindədir.
Ötən gün Hörmüz boğazının idarə olunması üzrə qanun layihəsinin giriş hissəsi (preambulası) bəyənilib. Həmin hissədə Fars körfəzinin, Hörmüz boğazının və İran adalarının strateji əhəmiyyəti bəyan edilir.
Hüseyn İbadlı
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj








.jpg)



























