Region
Oman körfəzində yük gəmisi vuruldu - Pentaqon təsdiqlədi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzini keçməyə cəhd edən Panama bayrağı altında üzən M/V Vela Nova yük gəmisinin sükan idarəetmə sisteminin ABŞ hərbçiləri tərəfindən sıradan çıxarıldığını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda deyilir.
“Bu gün CENTCOM qüvvələri İranın ABŞ tərəfindən tətbiq olunan blokadasını pozmağa cəhd edən Panama bayrağı altında üzən "M/V Vela Nova" yük gəmisinin sükan idarəetmə sistemini sıradan çıxarıb”, – deyə məlumatda bildirilir.
Mövcud məlumatlara görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin "MH-60" helikopteri gəminin heyəti Amerika hərbçilərinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymadıqdan sonra "Vela Nova" gəmisinin maşın şöbəsinə iki “Hellfire” raketi atıb.
Bundan əvvəl hücumdan sonra gəmi heyətinin başqa bir mülki gəmiyə keçməyə cəhd etdiyi bildirilmişdi.
Hüseyn İbadlı
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj








.jpg)



























