Region
Ermənistan parlamentində “uşaq bağçası” şousu: Qareginin adı çəkiləndə... - VİDEO
Ermənistan parlamentində hakimiyyət nümayəndələri ilə müxalif deputatlar arasında II Qaregin ilə bağlı qalmaqal yaşanıb.
Publika.az xəbər verir ki, müxalifət fraksiyasının deputatı Kristine Vardanyan çıxışı zamanı Bütün Ermənilərin Katolikosu II Qareginin adını çəkərkən hakim “Mülki müqavilə” fraksiyasının deputatları masaları döyməyə başlayıblar.
Müxalif deputatlar isə buna sinxron şəkildə alqışlarla cavab veriblər.
Vardanyan əvvəlcə hakim deputatların davranışına təəccüblənib və sonra isə bunu “uşaq bağçası üçün hazırlıq kursu” adlandırıb. Daha sonra parlamentin spikeri Ruben Rubinyan “şou”nu dayandıraraq müxalif deputatdan çıxışını davam etdirməsini istəyib.
Qeyd edək ki, bundan əvvəl də oxşar aksiya müxalif deputatlar tərəfindən keçirilib. Hakim fraksiyanın üzvü Arusyak Culakyan Ermənistan Apostol Kilsəsinin rəhbərini dünyəvi adı ilə çağırarkən müxalifət nümayəndələri masaları döyüblər.
Müəllif: Adəm
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj








.jpg)



























