Region
Türkiyədən bu ölkəyə ÇAĞIRIŞ - “Müsəlman NATO”suna qoşulun
Türkiyə Misirin Ankara, Ər-Riyad və İslamabad arasında bağlanmış Məkkə sazişinin iştirakçısı olmasında maraqlıdır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Ələmeyndə misirli həmkarı Bədr Əbdül Ata ilə görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
"Biz bu məsələni ən başından misirli qardaşlarımızla müzakirə edirik", - deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, Misirin pakta qoşulması məsələsi ətraflı nəzərdən keçirilmə mərhələsindədir. Fidan iki ölkənin regional problemlərin həllində sıx əməkdaşlığını vurğulayıb və bu təşəbbüs çərçivəsində Misirin tezliklə rəsmi tərəfdaş olacağına ümidvar olduğunu bildirib. O həmçinin dəqiqləşdirib ki, Məkkə sazişi üçüncü tərəflərə qarşı durmaq məqsədi daşımır.
Avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Pakistan hökumətinin rəhbəri Şahbaz Şərifin iştirakçısı olduğu Məkkə sazişinin imzalanma mərasimi keçirilib. Bu müqavilənin şərtlərinə əsasən, imzalayan dövlətlərdən birinə hər hansı hücum birliyin bütün üzvlərinə hücum kimi qiymətləndiriləcək.
Hüseyn İbadlı
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj








.jpg)



























