Region
Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hökumətdə ciddi kadr dəyişiklikləri etməyi nəzərdən keçirdiyi bildirilir.
Publika.az xəbər verir ki, “Gazete Pencere”nin məlumatına görə, dəyişikliklər çərçivəsində sənaye və texnologiyalar naziri Mehmet Fatih Kaçır vəzifəsini itirə bilər.
Buna səbəb Çinin BYD şirkətinin Manisa vilayətində 1 milyard dollarlıq elektrik və hibrid avtomobil zavodunun tikintisini dayandırması göstərilir. Kaçırın yerinə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün gətirilə bilər.
Nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlunun da vəzifəsindən gedə biləcəyi iddia olunur. Buna səbəb İstanbul boğazına alternativ olaraq planlaşdırılan, dəyəri 20 milyard dollar olan “Kanal İstanbul” layihəsinin maliyyə çatışmazlığı səbəbindən faktiki olaraq dondurulmasıdır.
Məlumata görə, Uraloğlunun yerinə hazırkı ekologiya naziri Murat Kurumun gətirilməsi gündəmdədir.
Bundan başqa, ticarət naziri Ömər Bolat və gənclər və idman naziri Osman Aşkın Bakın da vəzifələrindən azad edilə biləcəyi bildirilir. Onların dəyişdirilməsinin səbəbləri açıqlanmayıb.
Akqabay
-
Kriminal20:12Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Hadisə18:50Bakıda yeniyetmənin ölümündə “Roblox” amili - Baş Prokurorluqdan xəbərdarlıq
-
Kriminal18:10DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO












.webp)

.jpg)
.jpg)








.webp)











