Region
İrəvandan etnik ermənilərə vətəndaşlıq xəbərdarlığı: Qaydalar dəyişir
Ermənistan daxili işlər nazirinin müavini Armen Kazaryan xaricdə yaşayan etnik ermənilərin Ermənistan vətəndaşlığını həddindən artıq asanlıqla əldə etdiyini bildirib.
Publika.az xəbər verir ki, Kazaryanın sözlərinə görə, hazırkı qaydalar erməni əsilli şəxslər üçün əlavə tələblər nəzərdə tutmur və bu vəziyyət dəyişdirilməlidir.
Nazir müavini xüsusilə Rusiyada yaşayan ermənilərin vətəndaşlıq üçün daha çox müraciət etdiyini deyib. Onun fikrincə, bunun səbəblərindən biri Ermənistan vətəndaşlığının bəzi Qərb ölkələrinə viza almağı və beynəlxalq səfərləri asanlaşdırması ola bilər.
Kazaryan hesab edir ki, mövcud sistem yenidən nəzərdən keçirilməli və vətəndaşlıq əldə etmək üçün əlavə meyarlar müəyyənləşdirilməlidir.
Bununla belə, qanunvericiliyə hansı dəyişikliklərin ediləcəyi və islahatların nə vaxt həyata keçiriləcəyi hələ açıqlanmayıb.
Müəllif: Adəm
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj








.jpg)



























