Region
Ərdoğan: "Məkkə Anlaşması dünyaya mühüm mesaj göndərdi"
"Trampdan (ABŞ Prezidenit Donald Tramp – Qeyd) F-35 qırıcı təyyarələri ilə bağlı söz almışıq və onun bu vədini yerinə yetirməsini gözləyirik".
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan "Al Jazeera"yə müsahibəsində deyib.
Son günlər bütün dünyanın diqqət mərkəzində olan Məkkə Anlaşmasına da toxunan Türkiyə Prezidenti bildirib:
"Məkkə Anlaşması dünyaya mühüm mesaj göndərdi. Anlaşma onu imzalayan ölkələrin üzvlərindən birinin xarici hücuma məruz qalacağı təqdirdə birgə addımlar atmasını nəzərdə tutur. Sənəd gələcəkdə digər ölkələrin də bu razılaşmaya qoşulmasına imkan verir və Misirin iştirakı mühüm əhəmiyyət daşıyır".
Ərdoğan əlavə edib ki, yaxın günlərdə Suriyaya səfər edəcək: "Kürdlərlə münasibətlərimizi gücləndirməyə davam edəcəyik və regionun müxtəlif ölkələrində onların hüquqlarını qoruyacağıq. Suriya kürdləri də sülh və sabitlikdən öz paylarını alacaqlar. Yaxın günlərdə Suriyaya səfər edəcəyəm. Suriya tək buraxılmayacaq və onun sabitliyini dəstəkləmək üçün əlimizdən gələn hər şeyi edəcəyik".
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi








.jpg)









.jpg)







.jpg)









