Region
İranın vurulan qırıcısının üç pilotu bu ölkədə ƏSİR GÖTÜRÜLÜB
Martda “Su-24” qırıcılarının qəzaya uğramasından sonra üç iranlı pilot Qətər hərbçiləri tərəfindən əsir götürülüb.
Publika.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının İtkin düşənlərin axtarışı üzrə Komitəsinin rəhbəri Məhəmməd Baqirzadə bəyan edib.
Onun sözlərinə görə, Cavad Salehi, Əbdülməcid Dəştiyan və İmran Behruziyan artıq altı aya yaxındır ki, Qətərdə əsirlikdədirlər. Baqirzadə iddia edir ki, Qətər hakimiyyəti indiyədək pilotlara qohumları və ya səlahiyyətli nümayəndələri ilə əlaqə saxlamağa icazə verməyib.
O, Beynəlxalq Qırmızı Xaç Komitəsini mümkün qədər tez pilotlarla görüşməyə, onların sağlamlıq vəziyyətini yoxlamağa və azad edilmələrinə kömək etməyə çağırıb.
Apreldə ABŞ qoşunları ABŞ Hərbi Hava Qüvvələrinin vurulmuş təyyarəçisini İranın tam mərkəzindən çıxarıblar. Bu, aprelin 3-də İranın hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilmiş “F-15E”nin ikinci pilotu idi. Xilasetmə əməliyyatı zamanı amerikalılar İsfahan şəhəri yaxınlığına xüsusi təyinatlıların təxminən bir bölüyünü atıb, orada ön aviabaza qurublar və aviasiya ilə dronlar ona yaxınlaşmağa çalışan iranlıları havadan atəşə tutduğu bir vaxtda gizlənən təyyarəçinin yanına çatıblar.
Hüseyn İbadlı
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi








.jpg)








.jpg)







.jpg)









