Region
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanlar saat 16:25-də (Bakı vaxtı ilə 20:25) 355 min nəfərin yaşadığı Samarinda şəhərindən 359 km cənubda baş verib. Zəlzələnin ocağı 35 km dərinlikdə yerləşib.
Buna qədər Venesuelada iyunun 24-ü axşam saatlarında bir dəqiqədən az intervalla baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələdən sonra fövqəladə vəziyyət elan olunub. Yeraltı təkanlar Karakasda və bir neçə ştatda hiss edilib. Paytaxtın yaxınlığında yerləşən Mayketiyadakı Simon Bolivar adına beynəlxalq hava limanı zədələnmələr səbəbindən bağlanıb. Paytaxt metrosunun və dəmir yolu əlaqəsinin fəaliyyəti dayandırılıb. Bir neçə rayonda elektrik enerjisi və su təchizatında, həmçinin rabitə və internetə çıxışda fasilələr yaranıb. Zədələnmiş evlərdə qaz kəsilib. Həlak olanların və xəsarət alanların rəsmi sayı bir neçə min nəfəri ötüb.
Hüseyn İbadlı
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi








.jpg)









.jpg)







.jpg)









