Region
Təriqət liderinin qardaşının evində 200 kq qızıl aşkarlandı
Türkiyədə “Süleymançılar” dini icmasının lideri Alihan Kurişin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstəyə qarşı istintaq çərçivəsində 200 kiloqram külçə qızıl müsadirə edilib.
Publika.az xəbər verir ki, çirkli pulların yuyulması işi üzrə istintaq çərçivəsində Kurişin qardaşının evində də axtarış aparılıb və bu zaman külli miqdarda qızıl aşkarlanıb. Müsadirə edilən külçələrin ümumi dəyərinin 1,34 milyard türk lirəsi, yəni təxminən 28 milyon dollar olduğu bildirilir.
Xatırladaq ki, iş üzrə avqustun 13-də 38 nəfər saxlanılmışdı. Onlardan 32-si, o cümlədən Alihan Kuriş məhkəmənin qərarı ilə həbs edilib. Digər 6 şübhəli isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Təriqətin nəzarətində olduğu bildirilən bəzi şirkətlərlə bağlı da tədbirlər görülür.
“Süleymançılar” Türkiyədə XX əsrin ortalarından fəaliyyət göstərən nüfuzlu dini qruplaşmalardan biridir. Qruplaşmanın Türkiyə və digər ölkələrdə Quran kursları ilə yanaşı, əhəmiyyətli maliyyə resurslarına və müxtəlif iqtisadi strukturlara malik olduğu bildirilir.
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi








.jpg)









.jpg)







.jpg)









