Region
Baxçalıdan Öcalanla bağlı ÇAĞIRIŞ
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı “Türkgün” qəzetinə müsahibəsində “Terrorsuz Türkiyə” prosesi çərçivəsində qəbul edilən yeni qanun, Avropa Məhkəməsinin qərarları və Abdullah Öcalanın prosesdəki rolu barədə danışıb.
Publika.az xəbər verir ki, Baxçalı parlamentdə 467 səslə qəbul edilən qanunun amnistiya olmadığını bildirib. Onun sözlərinə görə, yeni qanun məhkumluq hökmlərini aradan qaldırmır, cinayətlərin hüquqi xarakterini dəyişmir və cinayət məsuliyyətinə xitam vermir.
MHP lideri qanunun Türkiyənin terror problemindən birdəfəlik xilas olması istiqamətində hüquqi zəmin yaratdığını qeyd edib. O, prosesin uğurlu olması üçün PKK və onunla əlaqəli bütün strukturların fəaliyyətinə son qoymasının, həmçinin nəzarətlərində olan silah-sursatı təhvil verməsinin əsas şərt olduğunu vurğulayıb.
Baxçalı bundan sonrakı mərhələdə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrası da daxil olmaqla mübahisəli məsələlərin yenidən nəzərdən keçirilə biləcəyini deyib.
“Qanunun qəbul edilməsi ilə əldə olunan mərhələ son deyil, hüquqi və inzibati baxımdan həyata keçirilməli olan tənzimləmələr üçün yeni mərhələnin başlanğıcı olacaq”, - deyə Bahçeli bildirib.
O, həmçinin Abdullah Öcalanın prosesə töhfə verməyə davam etməsi üçün zəruri şərtlərin yaradılmasının vacibliyini vurğulayıb.
Baxçalının sözlərinə görə, PKK-nın buraxılması və silahı yerə qoyması qərarında mühüm rol oynayan Öcalanın gələcəkdə də prosesə töhfə verməsini mümkün edən şərait formalaşdırılmalıdır.
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi








.jpg)








.jpg)







.jpg)









