Region
Paşinyanın Avropadakı bazar planı çökdü - Rusiya piştaxtalarının yeri görünür
Ermənistanın kənd təsərrüfatı məhsullarının bir hissəsini Rusiya bazarından Avropaya yönəltmək cəhdi hələlik gözlənilən nəticəni verməyib.
Publika.az xəbər verir ki, Avropa Komissiyasının məlumatlarına əsasən, may və iyun aylarında Avropa İttifaqı (Aİ) Ermənistandan cəmi 364 min avro dəyərində tərəvəz, meyvə və gül alıb. Bunun 37 min avrosu güllərin, 117 min avrosu isə meyvələrin payına düşüb.
Müqayisə üçün, ötən ilin eyni iki ayında bu məhsulların Rusiyaya ixracından Ermənistan 36 milyon dollardan çox gəlir əldə edib. "Baza"nın hesablamalarına görə, Aİ-nin Ermənistan fermerlərindən aldığı məhsulların dəyəri Rusiyadakı göstəricidən 80 dəfə azdır.
Qeyd edək ki, 2026-cı ilin may ayının sonundan etibarən Rusiyanın “Rosselxoznadzor” qurumu Ermənistandan bir sıra məhsulların idxalına mərhələli məhdudiyyətlər tətbiq edib. Məhdudiyyətlər meyvə, tərəvəz və güllərlə yanaşı, süd və balıq məhsullarına da şamil olunub.
Ekspertlər Rusiya ilə ticarətin daha da azalmasının Ermənistan iqtisadiyyatına ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər. Belə ki, ölkənin ÜDM-nin 3,7 faiz, ixracının isə 10 faiz azala biləcəyi bildirilir.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl yerli məhsulların Avropa bazarlarına çıxarılmasını sürətləndirmək niyyətində olduqlarını açıqlamışdı.
Müəllif: Adəm
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi








.jpg)








.jpg)







.jpg)









