Region
Ermənistanda şaftalı böhranı: Fermerlər yolu bağladı
Ermənistanın Armavir vilayətində fermerlər Armavir-İrəvan yolunu bağlayaraq etiraz aksiyası keçiriblər.
Publika.az xəbər verir ki, Xancyan və Aşik kəndlərindən olan bağbanlar şaftalının alış qiymətinin aşağı salınmasına etiraz ediblər.
Fermerlərin sözlərinə görə, ixracatçılar məhsulun bir kiloqramına cəmi 100 dram (təxminən 47 qəpik) təklif edirlər. Halbuki Ermənistan hökuməti ixrac edilən hər kiloqram meyvəyə görə ixracatçılara 250 dram (təxminən 1,17 manat) subsidiya vəd edib.
Fermerlər hesab edirlər ki, vasitəçilər sistemi manipulyasiya etmək niyyətindədir: məhsulu ucuz qiymətə alıb, Gürcüstana ixrac göstərərək dövlət subsidiyasını əldə edə və meyvəni sonradan utilizasiya edə bilərlər. Bu halda hər kiloqramdan təxminən 150 dram (70 qəpik) gəlir əldə ediləcəyi bildirilir.
Etirazçılar məhsullarını ucuz qiymətə verməyəcəklərini və 250 dramlıq subsidiyanın birbaşa onlara ödənilməsini tələb ediblər.
Hadisə yerinə yerli administrasiyanın rəhbəri gəlib və yolu açmağa çağırıb. O bildirib ki, İqtisadiyyat Nazirliyində məsələ ilə bağlı qubernatorun iştirakı ilə görüş keçirilir.
Məmur məhsulun bir hissəsinin quru meyvə istehsalçıları tərəfindən alınacağını, qalan hissəsinin isə ixrac ediləcəyini və ya konservləşdiriləcəyini vəd edib.
Tərəflər razılığa gəliblər, fermerlər yolu yerli vaxtla saat 18:00-dək açmağa razılaşıblar. Həmin vaxt kənddə məsələ ilə bağlı yenidən görüş keçiriləcək. Problem həll olunmasa, etirazçılar yolu müddətsiz bağlayacaqları barədə xəbərdarlıq ediblər.
Müəllif: Adəm
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi








.jpg)








.jpg)







.jpg)









