Region
Ərdoğanın bu sözləri gündəm oldu: Müharibə mesajı verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətərin “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə səsləndirdiyi açıqlamalar beynəlxalq mediada geniş əks-səda doğurub.
Publika.az xəbər verir ki, Ərdoğan müsahibəsində Türkiyənin xarici siyasəti, Yaxın Şərqdəki proseslər və Qəzzadakı vəziyyətlə bağlı mühüm mesajlar verib.
Ərdoğan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Anlaşmasının dünya sülhü baxımından mühüm mesaj olduğunu bildirib. O, bu əməkdaşlığın gələcəkdə genişlənə biləcəyini, Misirin də təşəbbüs göstərməsi halında prosesə qoşulmasının mümkün olduğunu qeyd edib.
Türkiyə lideri Qəzzanın isə heç vaxt tək buraxılmayacağını vurğulayıb.
Ərdoğanın İsraillə bağlı açıqlamaları isə xüsusilə diqqət çəkib. O, İsraili İranla müharibənin əsas aktoru olmaqda və bölgədə müharibəni təşviq etməkdə ittiham edib.
Ən çox müzakirə olunan mesaj isə Türkiyəyə qarşı mümkün müharibə ilə bağlı olub. Ərdoğan bildirib: “Türkiyəyə barış deyil, savaş üçün hücum edənlər olarsa, Türkiyə bu savaşdan da çəkinməz, qaçmaz”.
Onun bu sözləri Rusiya, Yaxın Şərq və Avropa mediasında geniş işıqlandırılıb. “Russia Today” və “Sputnik” Ərdoğanın İsrailin bölgədəki aqressiv siyasəti ilə bağlı fikirlərinə diqqət çəkib. “Arab News” isə Misirin Məkkə İttifaqına qoşula biləcəyi barədə mesajını ön plana çıxarıb.
Yunanıstanın “Kathimerini” qəzeti isə Ərdoğanın Avropa İttifaqına üzvlüyün artıq Türkiyə üçün əvvəlki kimi prioritet olmadığını söyləməsinə diqqət yetirib.
Akqabay
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı








.jpg)





.jpg)












.jpg)








