Region
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Türkiyədə Şengen vizası üçün müraciət edənlər ciddi problemlə üzləşib. Viza mərkəzlərində boş qəbul vaxtlarının çatışmazlığı səbəbindən onların qeyri-qanuni satışı ilə məşğul olan bazar (slot bazar) formalaşıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, viza mərkəzlərində sənəd qəbulu üçün boş vaxtlar açıldıqdan cəmi bir neçə saniyə sonra tükənir. Boş qəbul vaxtlarının əhəmiyyətli hissəsinin xüsusi botlar vasitəsilə avtomatik tutulduğu bildirilir.
Yüksək tələbatdan istifadə edən vasitəçilər isə viza mərkəzində qəbul üçün növbəni əlavə ödəniş qarşılığında satırlar. Rusiya və digər ölkələrdən olan vətəndaşların belə bir qəbul üçün 250 avroya qədər pul ödədiyi qeyd olunur.
Müraciət edənlərdən biri bildirib ki, boş vaxt əldə etmək üçün agentliyə müraciət edib. Agentlik dörd ay ərzində bot vasitəsilə boş yer tutmağa çalışsa da, nəticədə qeydiyyatı həyata keçirə bilməyib.
Problemin bir neçə Avropa ölkəsinə yayıldığı bildirilir. Sənəd qəbulu üçün boş yerlər sistemdə göründükdən cəmi bir neçə dəqiqə sonra tükənir.
Türkiyə hakimiyyəti artıq qanunsuz “viza növbəsi” ticarətinə qarşı mübarizəyə başlayıb. Keçirilən əməliyyatlardan birində belə sxemləri təşkil etməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
Müəllif: Adəm
-
Nida Xəbər 11:54Baş nazir qərar imzaladı
-
Hadisə11:20Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən qəzanın təfərrüatı: Məclisə gedirmişlər - Foto/Yeniləndi
-
Dünya11:14HƏMAS-ın silahsızlaşdırılmasına start verilir: Kuşnerdən 30 günlük vaxt
-
ABŞ10:31Trampı dayandırmaq üçün hərəkətə keçdilər: ABŞ Senatında bomba qalmaqalı
-
Dünya10:17Rusiya-Ukrayna müharibəsinin böyük qazananı: Bu ölkə milyardlar əldə etdi
-
MDB09:21Moskva gecə boyu PUA hücumuna məruz qaldı - Böyük dağıntı, yaralılar var
-
Magazin209:00Tupak Şakurun qətlinin sirri 30 il sonra açılır - Məhkəmə başladı
-
Nəqliyyat08:24Bu rayonlardan Bakıya gələnlərə pis xəbər - Yeni qadağa gündəmdə










.jpg)


.jpg)












.jpg)










