Region
Türkiyədə polis bölməsinin həyətinə naməlum PUA DÜŞDÜ
Türkiyənin Trabzon əyalətində polis bölməsinin həyətinə mənşəyi məlum olmayan pilotsuz uçuş aparatı (PUA) düşüb.
Publika.az xəbər verir ki, bu barədə region qubernatorluğundan bildirilib.
“18 avqust 2026-cı il tarixində, saat 19:30 radələrində ilkin olaraq pilotsuz uçuş aparatı kimi müəyyən edilən obyekt Trabzon əyalətinin Arsin rayonunun Yeşilcə məhəlləsində yerləşən rayon polis bölməsinin həyətinə düşüb”, - deyə bəyanatda bildirilir.
Region hakimiyyətinin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb, lakin park edilmiş üç avtomobil zədələnib. Faktla bağlı təhqiqat aparılır.
Türkiyənin “Yeni Şafak” qəzeti bu PUA-nın düşmə anını əks etdirdiyi iddia olunan video kadrlar dərc edib. Kadrlarda dronun binanın divarına çırpılaraq partlaması əks olunub. Həmçinin zədələnmiş bir neçə avtomobili də görmək mümkündür.
Hüseyn İbadlı
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı








.jpg)





.jpg)












.jpg)








