Region
Ankara çıxılmaz vəziyyətdə: F-35 üçün görün hansı ölkələrlə danışıq aparır
ABŞ-ın Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı planı Rusiyadan alınan S-400 zenit-raket kompleksləri səbəbindən yenidən sual altına düşüb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ senatoru, Florida ştatından respublikaçı Rik Skott “Semafor”a açıqlamasında bildirib.
Məlumata görə, Türkiyənin F-35-ləri əldə etməsi üçün ABŞ qanunvericiliyi Ankaranın Rusiyanın S-400 sistemlərindən imtina etməsini tələb edir. Türkiyə artıq altı F-35 qırıcısının pulunu ödəsə də, təyyarələr hələ də ABŞ-da saxlanılır.
Skott bildirib ki, S-400-lərin zərərsizləşdirilməsi mümkün variantlardan biridir. Lakin bu addım Konqresdə ciddi narazılıq yarada bilər. Senatorun sözlərinə görə, Türkiyə S-400-ləri saxladığı müddətdə F-35-lərə sahib olmamalıdır.
Ankara isə Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərini satmaq üçün müxtəlif variantları nəzərdən keçirir. Türkiyənin ötən aydan etibarən S-400-lərin Birləşmiş Ərəb Əmirliklərinə satılması ilə bağlı danışıqlar apardığı bildirilir. Cənubi Koreya da mümkün alıcılardan biri kimi göstərilir.
F-35 məsələsini ABŞ prezidenti Donald Tramp ötən ay NATO sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı gündəmə gətirib. Lakin İsrailin baş naziri Benyamin Netanyahu Türkiyəyə F-35 satışının Yaxın Şərqdə qüvvələr balansını poza biləcəyi barədə xəbərdarlıq edib.
Akqabay
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı








.jpg)





.jpg)












.jpg)








