Region
Rusiyadan Türkiyəyə S-400 jesti: Bu ölkəyə satmasına mane olmayacaq
Rusiyanın Türkiyənin ABŞ-dan F-35 qırıcıları əldə etmək üçün S-400 hava hücumundan müdafiə sistemlərini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) satmaq planına mane olmayacağı iddia edilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Türkiyə Rusiyadan aldığı S-400 sistemlərini və ya onların komponentlərini Moskvanın razılığı olmadan üçüncü ölkəyə sata və ya təhvil verə bilməz.
Nəşrin qiymətləndirməsinə əsasən, Ankara BƏƏ ilə razılığa gələrsə, Rusiyanın belə bir satışa mane olması ehtimalı azdır. Buna səbəb kimi BƏƏ-nin NATO üzvü olmaması və Moskva ilə Əbu-Dabi arasında ciddi gərginliyin mövcud olmaması göstərilib.
Məlumata görə, Türkiyənin S-400-lərdən imtina etməsi məsələsi ABŞ-dan F-35 qırıcılarının alınması prosesində əsas maneələrdən biri olaraq qalır. Vaşinqtonun S-400-lərlə bağlı mövqeyinin Ankara ilə F-35 danışıqlarını çətinləşdirdiyi qeyd olunub.
Nəşr həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Al Jazeera”ya son açıqlamasını xatırladıb. Ərdoğan ABŞ prezidenti Donald Trampın F-35 qırıcıları ilə bağlı verdiyi vədi yerinə yetirməsini gözlədiyini bildirib.
Akqabay
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı








.jpg)





.jpg)












.jpg)








