Region
Yunanıstandan Türkiyə etirafı: ABŞ geri çəkilsə, Ankara güclənəcək
ABŞ-İran qarşıdurması fonunda Yunanıstan mediası Yaxın Şərqdə dəyişən təhlükəsizlik balansının Türkiyənin mövqeyini gücləndirə biləcəyini yazıb.
Publika.az xəbər verir ki, Yunanıstanda fəaliyyət göstərən “Militaire” analiz platforması ABŞ-ın Yaxın Şərqdə təsirinin azalmasının Türkiyəyə daha geniş manevr imkanları yaradacağını qeyd edib.
Məqalədə İranın gözləniləndən daha güclü müqavimət göstərdiyi və bölgədə yeni təhlükəsizlik mexanizmlərinin formalaşdığı bildirilib. Bu çərçivədə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında formalaşan təhlükəsizlik əməkdaşlığına diqqət çəkilib.
Yunan mediası Türkiyənin müdafiə sənayesində əldə etdiyi irəliləyişlərin də Ankaranın regional təsirini artırdığını vurğulayıb. Türkiyənin böyük istehsal və müdafiə sənayesi potensialı səbəbilə Səudiyyə Ərəbistanı kimi ölkələr üçün mühüm təhlükəsizlik tərəfdaşına çevrildiyi qeyd olunub.
Analizdə ABŞ-ın bölgədən mümkün geri çəkilməsinin ən böyük itirənlərinin İsrail və Yunanıstan ola biləcəyi iddia edilib.
Məqalədə həmçinin Yunanıstanın Türkiyəyə qarşı uzunmüddətli strategiya və güclü müdafiə sənayesi formalaşdıra bilmədiyi də etiraf olunub. “Türkiyəyə qarşı Yunanıstan onilliklər geridə qaldı”, - deyə analizdə vurğulanıb.
Akqabay
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı








.jpg)




.jpg)













.jpg)








