Region
Paşinyan bəyan etdi: Ermənistan Qarabağ iddiasından rəsmən əl çəkir
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin 2026-2031-ci illər üçün proqramını təqdim edərkən Qarabağ hərəkatının ideologiyasından uzaqlaşdıqlarını açıq şəkildə bəyan edib.
Publika.az xəbər verir ki, Paşinyan hökumətin iclasında çıxışı zamanı Ermənistanın yeni dövlət proqramında “Qarabağ hərəkatının məntiqinin” olmadığını bildirib.
Onun sözlərinə görə, Ermənistanın orta və yaşlı nəslindən olan demək olar ki, bütün siyasi xadimlər, eləcə də gənc nəslin bir çox nümayəndəsi Qarabağ hərəkatının ideologiyası ilə bağlı olub. Paşinyan qeyd edib ki, hakimiyyət də uzun illər bu ideologiyanın təsiri altında olub.
Baş nazir bildirib ki, son illərdə hökumət “illərdir bağlı qalan səhifələri yenidən oxumaq” qərarına gəlib. Onun sözlərinə görə, bu yanaşmanın nəticəsində “sülh gündəliyi” və “real Ermənistan” konsepsiyası formalaşıb.
Paşinyan yeni mərhələdə hökumətin böhran idarəçiliyindən adi idarəetməyə keçəcəyini, insan hüquqlarının, iqtisadi diplomatiyanın, süni intellektin yayılması və səhiyyə məsələlərinin daha çox diqqətdə saxlanılacağını deyib. Həmçinin Xarici İşlər Nazirliyinin adının Xarici İşlər və Xarici Ticarət Nazirliyinə dəyişdirilməsi də nəzərdə tutulur.
Proqramın yekun hissəsində isə dövlət ideologiyasındakı dəyişikliklərin dərinliyi nəzərə alınaraq, Ermənistanın “Üçüncü Respublikadan Dördüncü Respublikaya” keçidinin elan edilə biləcəyi qeyd olunur.
Hökumətdə təsdiqləndikdən sonra 2026-2031-ci illəri əhatə edən proqram Ermənistan parlamentinin müzakirəsinə təqdim ediləcək.
Müəllif: Adəm Abbaslı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı








.jpg)




.jpg)













.jpg)








