Region
Paşinyan hökumətindən Bakı ilə bağlı qərar: Sülh rəsmiləşdiriləcək
Ermənistan hökuməti Azərbaycanla sülhün rəsmiləşdirilməsi, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədin açılması istiqamətində addımlar atmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin 2026-2031-ci illər üçün proqramını təqdim etdiyi iclasda məlumat verilib. Proqramın yaxın vaxtlarda parlamentin təsdiqinə çıxarılması gözlənilir.
Sənəddə Azərbaycanla sərhədin delimitasiyasının davam etdirilməsi, sülh müqaviləsi və digər hüquqi sənədlərin imzalanması yolu ilə sülhün rəsmiləşdirilməsi nəzərdə tutulur. Həmçinin iki ölkənin vətəndaş cəmiyyəti və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi planlaşdırılır.
Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmaq və sərhədi ən azı iki müasir keçid məntəqəsi vasitəsilə açmaq niyyətindədir. Sərhəddə enerji infrastrukturlarının yenidən istifadəyə verilməsi də proqramda yer alıb.
İrəvan həmçinin İranla strateji münasibətləri dərinləşdirmək, xüsusilə enerji sahəsində iqtisadi əlaqələri gücləndirmək istəyir. Bundan başqa, Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin inkişaf etdirilməsi planlaşdırılır.
Ermənistan Avropa İttifaqı və ABŞ-la strateji tərəfdaşlığın dərinləşdirilməsini də prioritet kimi göstərib. ABŞ-la əməkdaşlıq çərçivəsində TRIPP layihəsinin, o cümlədən dəmir yolu və enerji infrastrukturu istiqamətində ciddi addımlar nəzərdə tutulur.
Proqramda Rusiya ilə münasibətlərin də mövcud regional şəraitə uyğun şəkildə yenidən qurulması və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi qeyd olunur. Eyni zamanda Çinlə strateji tərəfdaşlığın möhkəmləndirilməsi və Hindistanla əməkdaşlığın inkişaf etdirilməsi planlaşdırılır.
Ermənistan hökuməti həmçinin ordunun ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda istifadə edilməyəcəyini açıqlayıb. İstisna yalnız beynəlxalq missiyalarla bağlıdır. Peşəkar orduya keçidin davam etdirilməsi və sərhədlərin mərhələli şəkildə sərhəd qoşunları tərəfindən qorunması da proqramda əksini tapıb.
Müəllif: Adəm Abbaslı
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır

















.jpg)














.jpg)




