Region
AKP-nin 25 illik yubiley videosunda Azərbaycan musiqisi - VİDEO
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təsis olunmasının 25 illiyi (dörddəbir əsr) münasibətilə təqdim edilən "Millətimizlə dörddəbir əsr – Türkiyə gələcəyə hazırdır" başlıqlı xüsusi videoçarx böyük marağa səbəb olub.
Publika.az xəbər verir ki, videoçarxın ən diqqətçəkən və qürurverici məqamlarından biri isə fonda Azərbaycanın unudulmaz sənətçisi Nərminə Məmmədovanın ifa etdiyi məşhur "Sevməmək Olmaz" mahnısının səsləndirilməsidir.
Bu musiqi seçimi təkcə emosional fon yaratmır, eynı zamanda "Bir millət, iki dövlət" fəlsəfəsinin, Azərbaycan və Türkiyə arasındakı sarsılmaz qardaşlığın və mənəvi birliyin növbəti bariz nümunəsidir.
Videoçarx xalqın içindən çıxan bir uşağın – Yusifin böyümə hekayəsi və bu illər ərzində Türkiyənin keçdiyi inkişaf yolu üzərində qurulub:
Video kənd evində ailənin televiziya qarşısında əyləşməsi ilə başlayır. Ekranda AKP-nin qurulduğu dövrlərə aid kadrlar və Rəcəb Tayyib Ərdoğanın partiyanın yaranmasını elan etdiyi tarixi çıxışı nümayiş olunur.
Balaca uşaq atasından "25 il uzun bir zamandırmı?" diqqətçəkən sualını soruşur. Atası isə ona "İnsan üçün uzundur, amma bu millət üçün hələ başlanğıcdır" cavabını verir.
Uşağın taxta samakatla asfalt yolla hərəkət etdiyi kadrlar fonunda Türkiyədə inşa edilən yeni yollar, körpülər, tunellər və asfaltsalma işləri göstərilir.
Kənd və şəhərlərdəki mənzil layihələri, müasir xəstəxanalar, bəndlər (Yusufeli Bəndi) və nəqliyyat şəbəkəsi vurğulanır.
İllər keçdikcə böyüyüb hərbi təyyarə pilotu olan Yusif, Türkiyənin yerli və milli müdafiə sənayesi nailiyyətlərinin mərkəzində dayanır.
Videoda KAAN milli döyüş təyyarəsi, "Kızılelma" pilotsuz uçuş aparatı, hərbi helikopterlər, TCG Anadolu gəmisi və dəniz qazma gəmiləri (Yavuz) qürurla nümayiş etdirilir.
Həmçinin Türkiyənin kosmos missiyası (raket buraxılışı) və TOGG elektrik avtomobili də kadrlarda yer alır.
15 iyul gecəsi körpüdə xalqın dirənişi, zəlzələ zonasında AFAD komandalarının xilasedici fəaliyyəti və dövlətin vətəndaşın yanında olması kadrları yer alıb.
Ayasofya məscidinin ibadətə açılması kimi mənəvi baxımdan mühüm hadisələr də çarxda əksini tapıb.
Videoçarxın kulminasiya nöqtələrində Nərminə Məmmədovanın ifasında "Sevməmək Olmaz" mahnısının sədaları eşidilir. Türkiyənin böyük siyasi və tarixi mərhələsini əks etdirən rəsmi bir təqdimatda Azərbaycan musiqisinin seçilməsi:
Mədəni irsi şərikli yaşatmaq: İki ölkənin ortaq mədəniyyətə və incəsənətə sahib olduğunu göstərir.
Qardaşlıq jesti: Türkiyənin öz uğur və inkişaf salnaməsində Azərbaycanın mənəvi varlığını hər zaman yanında hiss etdiyinin göstəricisidir.
Yubiley çarxı Rəcəb Tayyib Ərdoğanın "Millətimizlə dörddəbir əsr – Türkiyə gələcəyə hazırdır" şüarı və partiyanın loqosu ilə yekunlaşır.
Hüseyn İbadlı
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"















.jpg)

















.jpg)




