Region
Paşinyandan Aİ ilə bağlı gözlənilməz qərar: Ermənistan üzvlük üçün müraciətə başlayır
Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət prosesinə başlayacaq.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026-2031-ci illər üzrə proqramını təqdim edərkən deyib.
Paşinyan bildirib ki, Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi yalnız rəsmi müraciət təqdim edildikdən və hazırlıq mərhələləri tamamlandıqdan sonra mümkün olacaq:
“Ermənistan, ilk növbədə, Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət təqdim etməlidir. Bu, böyük həcmli iş tələb edən prosesdir və yaxın vaxtlarda bu prosesə başlayacağıq”.
Baş nazir daha əvvəl Aİ-yə üzvlüklə bağlı referendumun yalnız rəsmi müraciətdən sonra keçiriləcəyini açıqlamışdı. O, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin liderlərinin bu məsələyə münasibətini isə dostyana jest kimi qiymətləndirmiş, bunun Ermənistanın qarşısına şərt qoymaq cəhdi olmadığını bildirmişdi.
Müəllif: Adəm Abbaslı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı








.jpg)



.jpg)














.jpg)







