Region
Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişir - Paşinyan
Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması, eləcə də Ermənistan-Türkiyə istiqamətində gərginliyin azalması İrəvanla Moskva arasındakı münasibətlərin dəyişməsini qaçılmaz edir.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026-2031-ci illər üzrə proqramını təqdim edərkən deyib.
Paşinyanın sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərindəki transformasiya kiminsə siyasi qərarı və ya kaprizi ilə bağlı deyil, Cənubi Qafqazda yaranan yeni vəziyyətin təbii nəticəsidir.
Baş nazir bildirib ki, Azərbaycanla münaqişə şəraitində formalaşan münasibətlər sülhə keçiddən sonra əvvəlki kimi qala bilməz. Ermənistanın Türkiyə ilə əlaqələrin normallaşdırılmasında müsbət perspektivlər görməsi də bu prosesə təsir edən amillərdəndir.
Paşinyan qeyd edib ki, son iki əsr ərzində Ermənistan-Rusiya əməkdaşlığı əsasən müdafiə və təhlükəsizlik məsələləri üzərində qurulub. Lakin 2021-2023-cü illərdə Azərbaycan-Ermənistan istiqamətində baş verən hadisələr, onun fikrincə, Moskvanın bu rolu yerinə yetirmək imkanlarının müəyyən məhdudiyyətlərə malik olduğunu göstərib.
Bununla belə, Ermənistan hökuməti Rusiya ilə dialoqu davam etdirmək niyyətindədir. İrəvan yeni regional reallıqları nəzərə alaraq Moskva ilə münasibətləri yenidən qurmağı və balanslaşdırılmış xarici siyasət kursunu davam etdirməyi planlaşdırır.
Müəllif: Adəm Abbaslı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı








.jpg)



.jpg)














.jpg)







